LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Əsas » Azərbaycanda avtomobil alqı-satqısı üzrə konsaltinq xidməti varmı?

Azərbaycanda avtomobil alqı-satqısı üzrə konsaltinq xidməti varmı?

Azərbaycanda avtomobil alqı-satqısı üzrə konsaltinq xidməti varmı?
Əsas / Xəbərlər
13:57, 02-02

Azərbaycanda ikinci əl avtomobil almaq istəyənlər çox zaman digər şəxslərin məsləhətlərinə ehtiyac duyur. Bəzən insanlar başqa bir şəxsə müxtəlif məbləğlərdə pul verir və əvəzində onun üçün yaxşı avtomobil tapmasını istəyir. Bu, heç də həmişə özünü doğrultmur. Həmin vasitəçilər vətəndaşı aldatdıqda, proses hüquqi əsaslarla tənzimlənmədiyinə görə, vətəndaş sonradan öz haqqını da tələb edə bilmir.

Belə isə, ikinci əl avtomobillərin alqı-satqısı zamanı bu cür şəxslərin əvəzinə konsaltinq şirkətlərinə müraciət etmək daha doğru olmazmı? Ümumiyyətlə Azərbaycanda konsaltinq şirkətləri avtomobil alqı-satqısı ilə bağlı xidmət göstərirmi?

“Report” bu suallar ətrafında mütəxəssislərlə həmsöhbət olub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri və ölkədəki konsaltinq şirkətlərindən birinin rəhbəri Vüqar Oruc da avtomobil alqı-satqısı zamanı qeyri-peşəkar və bu sahə üzrə hüquqi fəaliyyəti olmayan şəxslərə müraciət etməyin riskli olduğunu qeyd edib:

“Xüsusilə ilk dəfə avtomobil almaq istəyən vətəndaşlar təcrübəsiz olduğu üçün öz yaxınlarına müraciət edir. Onlar da həmin şəxsi avtomobillər barədə yaxşı məlumatı olduğu güman edilən başqa şəxsə yönləndirirlər. Həmin şəxslərin etibarlı olması və işinə vicdanla yanaşması isə sual altındadır. Belə vasitəçilər hətta bəzən heç də yaxşı olmayan avtomobilləri cüzi kosmetik təmir etdirərək insanlara satırlar. Alıcı aldandıqda nə həmin vasitəçiyə iddia qaldıra bilər, nə də onu bu vasitəçiyə yönəldən şəxsə. Amma bu sahədə ixtisaslaşmış və hüquqi fəaliyyət göstərən şirkətə müraciət etdikdə sabah bir fırıldaqçılıq halı baş verərsə, yaxud hansısa başqa problem ortaya çıxarsa, vətəndaşın məhkəməyə müraciət etmək, xidmət haqqını geri istəmək, avtomobili geri qaytarmaq hüquqları olur.

V.Oruc hesab edir ki, həmin vasitəçilər hüquqi formada qeydiyyatdan keçib fəaliyyət göstərməyə maraqlı deyil:

“Vasitəçi heç bir öhdəliyi olmadan mənfəət əldə edə bilirsə, şirkət kimi fəaliyyət göstərərək özünü riskə atmaq istəmir. Həm də nəzərə alır ki, şirkət açsa, onun vergi və digər xərcləri olacaq. Heç vətəndaşlara da hansısa şirkətə müraciət etmək cazibəli görünmür. Vətəndaş düşünür ki, hansısa şirkətə artıq pul ödəməkdənsə, bir sıravi şəxsə 50-100 manat verib özünə avtomobil tapsın”.

V.Oruc hazırda Azərbaycanda avtomobil alqı-satqısı üzrə ixtisaslaşmış konsaltinq şirkətinin olmadığı deyib:

“Amma ölkədə xaricdən avtomobil gətirib satan şirkətlər fəaliyyət göstərir. Onlar rəsmi qaydada işləyir və vətəndaşlara məsləhətlər də verirlər. Lakin düşünürəm ki, konsaltinq şirkətlərinin də bu sahədə fəaliyyət göstərməsi yaxşı olar. Çünki bu da bir professional sahədir və bir müddət sonra bu sahəyə çox ehtiyac olacaq”.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov da xaricdən Azərbaycana ikinci əl avtomobil gətirən şirkətlərin məsləhətçi qismində də fəaliyyət göstərdiyini deyib:

“Bundan başqa fərdi şəkildə VÖEN açıb xaricdən avtomobil gətirib ölkədə satmaqla məşğul olan fiziki şəxslər də var. Amma vaxtaşırı kiməsə avtomobil tapmaq üçün məsləhət verən şəxsin konsaltinq şirkəti açması ona rentabelli görünmür. Çünki o üç ay ərzində cəmi 100-200 manat qazanacaq və bunun da müəyyən hissəsini vergiyə verəcək. Ona görə də bu sahədə qazancı çox olan şəxslər şirkət kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir”.