Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət  | Şəkil və video-görüntü olmadan protokol tərtib edilməməlidir? - AÇIQLAMA  | Taksiyə bu halda ödəniş etməyə bilərsiniz  | Bu təkərlər daha dözümlü olur - Ekspert rəyi  | Bentley Flying Spur V8 - TANIŞLIQ  | Ford CEO'su: Hyundai və Toyota ilə bacarmadıq  | Avtomobillər haqqında maraqlı 16 fakt  | C.Herbert: Şumaxerin qaranlıq tərəfləri var idi  | On inək bir avtomobili yanacaqla təmin edə bilər  | Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul (FOTO)  | Avtomobilin sürətini artırdıqca sürücüləri hansı risklər gözləyir? - STATİSTİKA  | Sürücülərin diqqətinə: Maşının açarının yanına bu əşyaların taxılması məsləhət deyil  | İkinci əl Çin avtomobili alanların nəzərinə  | Avtomobildə bu düymə sizi yavaş-yavaş zəhərləyir – TANINMIŞ HƏKİMDƏN XƏBƏRDARLIQ!  | Bəzi avtomobillərin kilometrajı geri çəkilir: Aldanmamaq üçün nə etmək olar? (VİDEO)  | Britaniyalı mütəxəssislərdən yenilik: Yanacaq sərfiyyatını bu üsulla azalda bilərsiniz – ARAŞDIRMA - FOTO  | Boş parklanma yerlərini necə tapa bilərik? - “AzParking”dən - VİDEO  | 70 yaşı var, “Yol əhvalatı”na da çəkilib - FOTO  | “Toyota” loqosunun nə mənaya gəldiyini bilirsinizmi? (FOTO)  | Maşınımızda xüsusi diqqət yetirməli olduğumuz yeddi səs  |
avtomedia.az » Əsas » C.Herbert: Şumaxerin qaranlıq tərəfləri var idi

C.Herbert: Şumaxerin qaranlıq tərəfləri var idi

C.Herbert: Şumaxerin qaranlıq tərəfləri var idi
Əsas / F1
09:00, 25-12

Sabiq Formula1 sürücüsü Conni Herbert düşünür ki, sabiq komanda yoldaşı Mixael Şumaxerin qaranlıq tərəfləri olub. 

Avtomedia.az xatırladır ki, iki sürücü 1994-1995-ci illərdə komanda yoldaşı olmuşdu. Herbert həmişə yeddiqat Dünya Çempionu haqqında narazı danışmış və sıralanma turunda Şumaxeri keçdiyində telemetriya məlumatlarının ondan gizlədildiyini demişdi.

Conni Herbert: “Həmişə fərqli düşünürdük. Çox qəddar insan idi. Amma uğurlarını bunun hesabına qazandı. Flavio Briatore, Ross Braun və Rori Birn kimi doğru insanları ətrafına topladığı üçün bəxtəvər idi. Bu adamları özü ilə Ferrari-yə apardı.

Rodd bir dəfə demişdi ki, bir yerdə işlədiyi ən yaxşı sürücü Mixael olub. Buna görə də onun üçün hər şey edirdilər. Hər şeyi demək istəyirəm. Buna görə də Mixael daha yaxşı motivasiya toplayırdı. Onların da əhvalı yüksəlirdi və bir yerdə uğur qazanırdılar. Vaxt keçdikcə bu uğur diyircəyinə döndü.

1996-cı ildə Barselonada Ferrari ilə yağışlı havada göstərdiyi üstün performansı hələ də xatırlayıram. Ferrari-də qazandığı ilk qələbəsi idi. Yağışda çox qəşəng sürdü və buna görə ona yağış ustası ləqəbini qoydular. İnanılmaz performans idi.

Düzdür, onun da qaranlıq tərəfləri var idi, amma heç bir uğurunu inkar edə bilməzsiniz”.

Müəllif: Rauf Hacıyev