22-24 sentyabr 2023-cü il tarixində «Park Bulvar» ticarət və əyləncə mərkəzində keçirilməsi nəzərdə tutulan«China Auto Fest 2023» Çin maşınları festivalının vaxtı dəyişdirilib. Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası-nın (AADA) direktoru Eyyub Əliyev məlumat verib. Onun sözlərinə görə movcud vəziyyətlə əlaqədar, tədbir 1 həftə sonraya, yəni 29,30 sentyabr və 1 oktyabr tarixlərinə keçirilib.