Bakıda parklanma qiymətləri - küçələr üzrə SİYAHI
...
Ötən həftəsonu (6-8 oktyabr) Bakıda Yaponiya avtomobil markaları festivalı keçirildi.
"Park Pulvar" ticarət və əyləncə mərkəzində keçirilən festivalın təşkilatçısı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasıdır. “ Japan auto fest” adlanan sərgidə "Toyota", "Nissan", "Mazda", "Subaru", "İnfiniti" və "Lexus" brendlərinin modelləri nümayiş olundu. Festivalın açılışını isə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri, Azərbaycan avtomobil jurnalistikasının banisi Natiq Zərbəliyev etdi.
Sərgidə yapon geyimlərində müsabiqədə də təşkil olundu. Bu səbəbdən bir çox insan yapon geyimlərində sərgiyə qatıldı. Müsabiqənin qalibləri isə pul mükafatı qazandılar. 1000 manata qədər olan ümumi mükafat fondu ilk 3 yer arasında bölündü. Bundan əlavə " Toyota Gazoo Racing" kompyuter oyunu yarışıda keçirildi. Yarışın qalibini pul müakafatı ilə təltif edildi. Sərgiyə qatılan qonaqlar müxtəlif viktorinalarda öz avtomobil biliklərini sınayaraq sərginin tərəfdaşları tətəfindən hədiyyələr qazandılar.
sərginin son günü Azərbaycan Aykido Aykikay federasiyasının idmançıları sərgi iştirakçıları üçün yapon döyüşü sənəti üzrə master klas keçdilər.
Xatırladaq ki, sentyabr ayının sonuncu həftəsində də Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən "Park Bulvar" AVM-da Çin avtomobillərinin sərgisi keçirilmişdi.
AADA-nın icraçı direktoru Eyyub Əliyev bildirdi ki, bu ilin sonuna qədər avtomobil həvəskarları üçün maraqlı layihələr davam edəcək. Noyabr ayının əvvəlində xanım sürücülər üçün maraqlı bir gün təşkil edəcəyik. Bundan əlavə noyabr ayında " Zəfər yürüşü", dekabr ayında isə " Ekoloji konfrans" baş tutacaq deyə AADA nümayəndəsi bildirdi.