PARK BULVAR Zərif Taxi HYUNDAI Mashin.Al
avtomedia.az » Əsas » San Paulu-2023: Ferstappen həftəsonunun ilk poulunu alıb

Əsas / F1

San Paulu-2023: Ferstappen həftəsonunun ilk poulunu alıb


Mövsümün son sprint yarışlı həftəsonunda sürücülər sadəcə bir məşq sessiyasından sonra sıralanma turunda mübarizəyə başlayıblar.

Avtomedia.az xatırladır ki, məşqlərdə Karlos Sayns hamıdan sürətli olub. Red Bull və Mercedes sürücüləri sürətli dövrəyə cəhd etməyiblər, hətta yumşaq təkərləri taxmayıblar.

Sıralanma turunun startı Porsche kubokundakı qəzada yaranan fəsadların aradan qaldırılması səbəbiylə 15 dəqiqə gecikib.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4 təkərlərini gətirib.

İlk sessiyada hamı fırtınanın yaxınlaşmasından narahat olaraq dərhal Soft təkərlərlə trasa çıxıb. Norris ən yaxşı nəticəni göstərib, üçüncü olan Ferstappen isə yırğalanmadan şikayətlənib.Qasli və Rassell toqquşmaqdan son anda qurtulublar. Hər cəhddə trasın vəziyyəti düzəldiyi üçün nəticələr də yaxşılaşıb. Çjou, Sarcent, Bottas, Rikkardo və Tsunoda mübarizəni dayandırıb.

İkinci sessiyada da hamı Soft-larla trasa çıxıb. Əksər sürücü ilk cəhdini işləmiş təkərlərlə edib. Nəticələr çox sıx olub. Norris hamını üstələyib – 1:10.021. Elbon, Maqnussen, Qasli, Okon və Hülkenberq final sessiyasına yüksələ bilməyiblər.

Son sessiyada tras soyuduğu üçün nəticələr daha pis olub. Trasın üzərini qara buludlar alıb. Lakin sessiya quru trasda başlayıb. Piastri otluğa çıxıb və nəticə göstərmədən trasa qayıdıb. Bir neçə sürücü ideal dövrə vurmağa nail olub. Şimşək çaxıb, hava çox qaralıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb və davam etdirilməyəcəyi açıqlanıb. 1:10.727-lik nəticə Maksa poul üçün kifayət edib.

Maks Ferstappen mövsümdə 11-ci, karyerasında isə 31-ci poulunu alıb. Bazar günkü yarışa onunla ön cərgədən Şarl Lekler başlayacaq. İkinci cərgə Aston Martin, üçüncü cərgə isə Mercedes sürücülərinindir.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
11Maks FerstappenRed Bull21:10.436921:10.16261:10.7273
216Şarl LeklerFerrari31:10.472671:10.30391:11.0213
318Ləns StrollAston Martin61:10.5517101:10.37561:11.3443
414Fernando AlonsoAston Martin71:10.557941:10.23761:11.3873
544Lyuis HəmiltonMercedes91:10.604961:10.26691:11.4693
663Corc RassellMercedes11:10.340981:10.31691:11.5903
74Lando NorrisMcLaren111:10.623411:10.02161:11.9873
855Karlos SaynsFerrari121:10.624951:10.25481:11.9893
911Serxio PeresRed Bull131:10.668831:10.21961:12.3213
1081Oskar PiastriMcLaren51:10.519691:10.3307 –2
1127Niko HülkenberqHaas41:10.4759111:10.5476

1231Esteban OkonAlpine141:10.7639121:10.5626

1310Pyer QasliAlpine151:10.7938131:10.5676

1420Kevin MaqnussenHaas81:10.6029141:10.7236

1523Aleksander ElbonWilliams101:10.6219151:10.8406

1622Yuki TsunodaAlphaTauri161:10.8379




173Daniel RikkardoAlphaTauri171:10.8436




1877Valtteri BottasAlfa Romeo181:10.9559




192Loqan SarcentWilliams191:11.0359




2024Quanyu ÇjouAlfa Romeo201:11.2759


Müəllif: Fərid Ramazanov