LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Xəbərlər » “Toyota” loqosunun nə mənaya gəldiyini bilirsinizmi? (FOTO)

“Toyota” loqosunun nə mənaya gəldiyini bilirsinizmi? (FOTO)

“Toyota” loqosunun nə mənaya gəldiyini bilirsinizmi? (FOTO)
Xəbərlər / Əsas
08:30, 25-07

Hamımızın bildiyimiz kimi, “Toyota”nın loqosu bir-birinə bitişik üç ovaldan ibarətdir.


1937-ci ildə qurulduğu gündən bu yana 6 fərqli loqodan istifadə edən “Toyota”nın loqosu, 1989-cu ildə şirkətin 50 illik yubileyinin qeyd edildiyi zaman indiki şəklini alıb.


Yapon istehsalçısı digər brendlərin loqolarından fərqlənmək və daha orijinal dizayn yaratmaq üçün bu loqonu seçib.


Bəs bu bir-birinə bağlı ovallar nə deməkdir?

Ortada şaquli şəkildə yerləşdirilmiş və onu kəsən oval “Toyota”nın müştəriləri və şirkətlə münasibətini simvollaşdırır. Burada “Toyota” müştəriləri və məhsulları arasında güclü əlaqəni çatdırmaq istəyir. Eyni zamanda bu ovallar kəsişir və ‘T’ hərfini əmələ gətirir. Bu birbaşa brendin adını əks etdirir. Ən kənardakı oval da “Toyota”nın universallığını təmsil edir.


“Toyota”nın bu loqosu ilk dəfə “Celsior” modelində istifadə edilmişdir. Onu da xatırladaq ki, brend hibrid avtomobillər üçün mavi zolaqlı loqodan istifadə edir.


Bununla belə, “Toyota” keçən il mavi zolaqlardan istifadəni dayandıracağını və hibrid avtomobillərə nişan əlavə edəcəklərini açıqlamışdı.

(index.az)