Xəbərlər Etibarlı avtomobil necə seçilir: Pulunuza qənaət edəcək beş addım | 11-01 15:58 | Avtomobil almaq diqqətli yanaşma tələb edən ciddi bir addımdır."SberAvto" şirkətinin ekspertləri optimal qiymətə etibarlı nəqliyyat vasitəsi seçməyə kömək edəcək beş vacib aspekti vurğulayıblar.1. Kuza və salonun yoxlanılmasıKuza avtomobilin vizit kartıdır. Onu qiymətləndirmək üçün:- kuza elementləri arasındakı boşluqların düzgünlüyünü yoxlayın;- qapı tutacaqları və ötürmə rıçaqında boşluqların olmamasına əmin olun;- kuzada pas, çapıq və digər zədələrin olub-olmadığını yoxlayın.Salonun vəziyyəti də vacibdir: sürtülmə və ya zədələr avtomobilin intensiv istifadəsini göstərə bilər.2. Elektronika və sistemlərin yoxlanılmasıMüasir avtomobillər elektronika ilə zəngindir. Onun yoxlanılması üçün:- iqlimə nəzarət, audiosistem, işıqlandırma və sensor panellərin işlək vəziyyətdə olmasına əmin olun;- displeydə xətaların olmamasını və sistemin reaksiya sürətini yoxlayın;- bütün funksiyaların düzgün işləməsinə diqqət yetirin.Elektronikadakı nasazlıqlar təmirdə baha başa gələ bilər, ona görə bu hissəyə xüsusi diqqət yetirin.3. Tarixçə və rəylərin öyrənilməsiAlmazdan əvvəl:- modelin tarixçəsini öyrənin: mühərrik, transmissiya və digər aqreqatların etibarlılığı;- forumlarda və ixtisaslaşmış saytlarda sahiblərin rəyləri ilə tanış olun;- tipik nasazlıqların aradan qaldırılmasının tezliyi və dəyərinə diqqət yetirin.Bu məlumatlar avtomobilin gözləntilərinizə nə dərəcədə uyğun olduğunu başa düşməyə kömək edəcək.4. Müxtəlif şəraitlərdə yürüş testiYalnız hamar asfaltla kifayətlənməyin:- avtomobili çınqıl, torpaq və digər örtüklərdə sınaqdan keçirin;- səs izolyasiyasını, idarəetməni, vibrasiya və kənar səslərin olmasını yoxlayın.Avtomobilin döngələrdə və tormozlamada davranışını qiymətləndirin.Bu, avtomobilin real yol şəraitinə nə dərəcədə uyğun olduğunu başa düşməyə kömək edəcək.5. Rahatlıq və erqonomikanın (əlçatanlıq) qiymətləndirilməsiXırdalıqlar əhəmiyyətlidir:- oturacaq və tənzimləmələrin rahatlığını yoxlayın;- tutacaqların, görünüşün və idarəetmə orqanlarının yerləşməsinin rahatlığına əmin olun;- klirensi (maşın altlığının ən aşağı nöqtəsindən asfalta qədər məsafə) kimi parametrləri nəzərə alın.Rahat xırdalıqlar avtomobilin gündəlik istismarından aldığınız zövqə təsir edəcək.(oxu.az) 0 0 Oxşar Xəbərlər 28-12-2024, 13:41 İşlənmiş avtomobil almazdan əvvəl nəyə diqqət yetirmək lazımdır? - Ekspertlərdən 5 məsləhət Xəbərlər / Əsas ... 26-05-2023, 21:06 Bakıda taksi xaosu: Sərnişin də narazıdır, sürücü də - ARAŞDIRMA Əsas / Xəbərlər ... 12-12-2024, 19:30 Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı? Xəbərlər / Əsas ... 9-02-2023, 08:51 Azərbaycanda hansı avtomobilləri təmir etmək rahatdır? Əsas / Xəbərlər ... 15-11-2024, 21:21 Sürücülərin diqqətinə! - Tüstü bu rəngdə çıxırsa 1000 manata yaxın xərci var (FOTO) Xəbərlər ... Son Xəbərlər Əsas / Xəbərlər "Nissan" yarım milyona yaxın avtomobili geri çağırır - SƏBƏB Əsas / Xəbərlər İlk “Formula-1”dən FOTOLAR Əsas / Xəbərlər Porsche 911 Carrera 4S yenilənib (FOTO) Xəbərlər / Əsas Ən çox şikayət olunan avtomobillər - SİYAHI Əsas / Xəbərlər İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO Xəbərlər / Əsas "Nissan" rekord itkilərlə üzləşib Əsas / Xəbərlər "Ferrari" unikal superyaxta yaradacaq (FOTO) Əsas / Xəbərlər "Mercedes"lər geri çağırılır - Qəfil alışa bilərlər Əsas / Xəbərlər Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Əsas / Xəbərlər "Ford" 132 mindən çox avtomobili geri çağırır Əsas / Xəbərlər "Tesla" Texasda robotaksi tətbiqinə başlayır Xəbərlər / Əsas Mühərrikdə yağ təzyiqi: Normalar, yoxlama metodları və kənarlaşma səbəbləri
28-12-2024, 13:41 İşlənmiş avtomobil almazdan əvvəl nəyə diqqət yetirmək lazımdır? - Ekspertlərdən 5 məsləhət Xəbərlər / Əsas ...
26-05-2023, 21:06 Bakıda taksi xaosu: Sərnişin də narazıdır, sürücü də - ARAŞDIRMA Əsas / Xəbərlər ...
12-12-2024, 19:30 Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı? Xəbərlər / Əsas ...
15-11-2024, 21:21 Sürücülərin diqqətinə! - Tüstü bu rəngdə çıxırsa 1000 manata yaxın xərci var (FOTO) Xəbərlər ...
Sistemdə bir avtomobil görünür, əvəzində başqa maşın gəlir - Bu cür halla qarşılaşanlar nə etməlidir?