LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Xəbərlər » On inək bir avtomobili yanacaqla təmin edə bilər

On inək bir avtomobili yanacaqla təmin edə bilər

On inək bir avtomobili yanacaqla təmin edə bilər
Xəbərlər / Əsas
10:30, 17-07

Hindistanda inəyə olan sevgi və hörmət hər kəsə məlumdur. İnək bu ölkədə müqəddəs heyvan hesab edilir. 


İnək Hindistanda təkcə ət və süd istehsalı ilə məhdudlaşmır. Bu ölkədə inəyin peyinindən bioqaz (avtomobil üçün metan qazı) almaq üzərində iş gedir. Hazırda hökumət Qujarat ştatındakı kompleksdə bu texnologiyanı təkmilləşdirir. 


Bu günlərdə isə Suzuki şirkəti fermalara baş çəkib. Onlar da inək peyinini almaq istəyirlər. Suzuki yaxın aylarda 2, ümumiyyətlə 5 emal zavodu qurmaq istəyir. 

Hindistan hökumətinin bu məsələdə marağı istixana qazlarının azaldılmasıdır. Ölkədə metan qazı ilə işləyən avtomobillərin 70 faizi Suzuki markasıdır.


Hindistanda inəklərin baş sayı 300 milyonu keçib. 10 baş inək 1 avtomobilin gündəlik qaza ehtiyacını təmin edə bilir. Emal olunmuş peyin isə yenidən kənd təsərrüfatında istifadə ediləcək.