PARK BULVAR Zərif Taxi HYUNDAI Mashin.Al
avtomedia.az » Xəbərlər » Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Xəbərlər

Sabah Bakıda iki dairə arasındakı küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq


Fevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.


Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.


"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilib.