PARK BULVAR Zərif Taxi HYUNDAI Mashin.Al
avtomedia.az » Xəbərlər » “Tesla” nə qədər pul qazandığını açıqladı

Xəbərlər

“Tesla” nə qədər pul qazandığını açıqladı


“Tesla”nın verdiyi açıqlamaya görə, şirkət 2024-cü ilin dördüncü rübündə 25,707 milyard dollar gəlir əldə edib.


Analitiklərin gözləntiləri 27,224 milyard dollar idi. Buna uyğun olaraq onun gözləntiləri doğrultmadığını söyləmək olar.


Bundan əlavə, şirkətin illik ümumi mənfəəti 6% azalıb. Bunlarla yanaşı, müsbət vəziyyət də var. İş o yerə çatıb ki, şirkətin mənfəət göstəricisi hələ də yüksəkdir və onun 36,6 milyard dollar pul vəsaitinin olduğu bildirilir. Bu, investisiya dünyasında ümid yaradır.

(index.az)