Sabahdan bu marşrut xəttinə yeni avtobuslar buraxılacaq
|
01-02 16:49
|
Sabahdan 38 nömrəli marşrut xəttinə yeni avtobuslar buraxılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, “Gənclik” metrostansiyası və Azərbaycan Tibb Universiteti ilə əlaqələndirən 38 nömrəli marşrutun avtobusları yenilənir:
“Fevralın 1-dən sərnişinlərin xidmətinə veriləcək 15 ədəd yeni “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub”.
“Yeni avtobusların xəttə buraxılması ilə interval 6-7 dəqiqə təşkil edəcək və avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək”, - deyə agentlikdən bildirilib.