PARK BULVAR Zərif Taxi HYUNDAI Mashin.Al
avtomedia.az » Xəbərlər » SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - Bu ərazilərdə duman var

Xəbərlər

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - Bu ərazilərdə duman var


Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.


Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.


Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.