PARK BULVAR Zərif Taxi HYUNDAI Mashin.Al
avtomedia.az » Xəbərlər » "UAZ-3172"nin eskiz fotosu dərc edildi - 30 dərəcəlik yoxuşa qalxır

Xəbərlər

"UAZ-3172"nin eskiz fotosu dərc edildi - 30 dərəcəlik yoxuşa qalxır


Ulyanovsk Avtomobil Zavodu "UAZ-3172" avtomobilinin eskiz fotosunu dərc edib. 


"Hunter" adlandırılan avtomobil "UAZ-469"u əvəz etməli idi.


Bildirilir ki, "UAZ-3172" Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanıb və 1991-1992-ci illər ərzində sınaq üçün 9 modeli istehsal edilmişdir. Lakin 1993-cü ildə maliyyə çatışmazlığı səbəbindən istehsal dayandırılıb.


Avtomobil çətin relyef şətaitində hərəkət edə, bir tona qədər yük daşıya, 1,3 metrlik dərinliyə və 30 dərəcə yamaclara enib-qalxa və salona 10-a qədər sərnişin yerləşə bilər.

(avtosfer.az)