PARK BULVAR Zərif Taxi HYUNDAI Mashin.Al
avtomedia.az » Əsas » Yeni elektromobildən dünya rekordu

Əsas / Xəbərlər

Yeni elektromobildən dünya rekordu


Çinin SAIC konserninin bir hissəsi olan "Roewe" brendi bazara yeni model - D6 indeksli elektrik sedanını təqdim etməyə hazırlaşır.


Yeni model Sinhay-Tibet magistralında 100 kilometrə 9,125 kilovat-saat sərfiyyat göstərərək enerji səmərəliliyi üzrə dünya rekordu vurub. Bu nailiyyət Ginnesin Rekordlar Kitabına düşüb.


Ümumi uzunluğu 1973 kilometr olan Sinhay-Tibet avtomobil yolu dünyanın ən yüksək dağ yolu hesab olunur. Burada dəniz səviyyəsindən orta hündürlük 4 min metrdən çoxdur. "Roewe D6" beş gün ərzində sınaqdan keçirilib.


Sedanın əsas versiyası 129 at güclü elektrik mühərriki və 42,8 kilovat-saatlıq akkumulyatorla təchiz edilib ki, bu da 450 kilometr məsafəni qət etmək üçün kifayətdir. Digər texniki xüsusiyyətlər hələ açıqlanmayıb.


Modelin debütünün bu ay Şanxay avtosalonunda baş tutacağı gözlənilir.