LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Xəbərlər » Sovet adamlarının təfəkkürünü dəyişən avtomobil - VAZ-2101 - FOTO

Sovet adamlarının təfəkkürünü dəyişən avtomobil - VAZ-2101 - FOTO

Sovet adamlarının təfəkkürünü dəyişən avtomobil  - VAZ-2101 - FOTO
Xəbərlər
10:21, 07-08

1970-ci aprelin 19-da 6 ədəd sınaq üçün yığılmış VAZ-2101 VAZ-ın konveyerini tərk etdi. Lakin seriya istehsal 3 gün sonra “proletariatın dahi rəhbəri” Leninin anadan olmasının 100 illiyi günündə başladı. Beləliklə, sovet insanının texnikaya yanaşmasını dəyişən avtomobil həyata vəsiqə aldı. 


VAZ-2101 SSRİ-nin süqutundan sonra da istehsalı davam edən modellərin başlanğıcı oldu. “Klassik Jiquli” hesab edilən modellər 2012-ci ilədək Rusiyada, 2014-cü ilədək Misirdə istehsal edildi.


Yeni avtomobilin ortaya çıxması ilə sovet sürücülərinin sürüş tərzi də dəyişdi. “Jiquli” tez-tez qəzalara səbəb olurdu. Belə ki, avropalı istehsalçıların tormoz sistemi ilə təchiz olunmuş maşın svetoforda qəflətən dayandıqda arxadan gələn “Volqa”lar qısa məsafədə dayana bilməyərək qəza törədirdi. Artıq sürücülər “Jiquli”dən qorxmağa başlamışdılar.


İlk “Jiquli” istehsala başlayanda çox sayda xarici detalla yığılırdı. Bu da indiyədək davam edən əfsanələrin yaranmasına səbəb olub. 


VAZ-2101-in istehsalı 1983-cü ildə dayansa da, fərqli modifikasiyalar (VAZ-21011, VAZ-21013) 1988-ci ilədək konveyerdə qaldı. Bütün modifikasiyalardan 4 896 900 ədəd VAZ-2101 istehsal olunub.  Ümumilikdə isə “VAZ klassikası” adlanan arxa intiqallı avtomobillər 2014-cü ilədək 17,6 milyon ədəd istehsal edilib. 


Bir maraqlı faktı da deyək ki, “Jiquli”lərin artması ilə yüksək sürətə həvəs də artdı. Buna görə də SSRİ-də yol hərəkəti haqqında qanuna dəyişiklik edilərək maksimal sürət limiti – 90 km/saat tətbiq edildi. Bu mənasız məhdudiyyət bu gün də MDB-nin əksər ölkələrində qüvvədədir.


Bu gün də keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda VAZ-2101 və onun bazasında yaradılmış avtomobilləri görmək mümkündür. 

İndi ilk illərdə istehsal edilmiş VAZ-2101 kolleksiyaçıların sevimli modelidir. Əgər bu avtomobildə FIAT, “Ferrodo”, “Lic Neiman”, “Magento Marelli”, “Carello” kimi istehsalçıların detalları varsa, o zaman maşının qiyməti tam fərqlidir.


(avtosfer.az)