LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Xəbərlər » Hansı dizel avtomobilləri tez-tez xarab olur? - Ən problemli 5 marka

Hansı dizel avtomobilləri tez-tez xarab olur? - Ən problemli 5 marka

Hansı dizel avtomobilləri tez-tez xarab olur? - Ən problemli 5 marka
Xəbərlər / Əsas
09:35, 05-08

Dizel mühərrikli avtomobillər qənaətcildir, amma hamısı deyil. Bəzi modellər sahibləri üçün əsl imtahan olur. 


Avtomedia.az xəbər verir ki, Dizel mühərrikləri ənənəvi olaraq qənaətcilliyi və yüksək fırlanma anına görə qiymətləndirilir. Bununla belə, bütün mühərriklər zamanın sınağına tab gətirmir. Ən problemli Dizel mühərrikli avtomobilləri təqdim edirik:


1. BMW N47 (2.0d)


Modellər: BMW 3 Series (E90), 5 Series (E60), X1, X3 (2007-2013)


Əsas problem: qazpaylama zənciri 100 min kilometrdən sonra uzanır və ya qırılır. Təmir isə çox vaxt mühərrikin çıxarılmasını tələb edir.


Əlavə problemlər:


Yağ itkisi


Turbinin sürətlə aşınması


Bahalı yanacaq nasosu.


2. “Renault”/”Nissan” 1.5 dCi (K9K)


Modellər: “Renault Megane”, “Duster”, “Nissan Qashqai” (2015-ci ilə qədər)


Əsas problem: aşağı keyfiyyətli yanacağa tab gətirə bilməyən həssas “Delphi” forsunkaları.


Əlavə problemlər:


EGR kokslaşması


Turbokompressor problemləri


Soyuq havada çətin işə düşmək.


3. “Ford” 2.0 TDCi (PSA)


Modellər: “Ford Mondeo”, “S-Max” (2008–2014)


Əsas problem: etibarsız turbin və tıxanmış DPF.


Əlavə problemlər:


Ümumi elektronika xətaları


Yüksək təzyiqli yanacaq sisteminin təmiri xərcləri.


4. “Opel” 2.0 CDTI


Modellər: “Insignia”, “Astra J”, “Zafira”


Əsas problem: EGR və turbinin qeyri-sabit işləməsi.


Əlavə problemlər:


Klapanların  yapışması


Kabellərin problemləri.


5. “Volkswagen” 2.0 TDI (EA189)


Modellər: “VW Passat” “B7”, “Audi A4”, “Skoda Superb” (2008-2015)


Əsas problem: tıxanmış DPF, EGR nasazlıqları.


Əlavə problemlər:


Yağ sızması


Güc itkisi.


Problemlərdən necə qaçmaq olar? Qəza və texniki xidmət tarixçəsi VIN-i yoxlayın. Alarkən diaqnostika aparın (Lent.az).