LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Xəbərlər » Avtomobilə keyfiyyətsiz yanacaq tökülübsə, nə etməli?

Avtomobilə keyfiyyətsiz yanacaq tökülübsə, nə etməli?

Avtomobilə keyfiyyətsiz yanacaq tökülübsə, nə etməli?
Xəbərlər / Əsas
15:01, 01-08

Mütəxəssislər keyfiyyətsiz yanacağın necə tanınmasını və avtomobilinizi məhv etməməyin yollarını izah ediblər. 


Avtomedia.az xəbər verir ki, adətən keyfiyyətsiz yanacağı çənə doldurduqdan və yola çıxdıqdan sonra tanıya bilərsiniz. Mütəxəssislər problemi necə həll edəcəyimizi izah edirlər.


Aşağıdakı əlamətlər keyfiyyətsiz yanacağın olduğunu göstərir:


- mühərrik "tutulmağa" başlayır və ya partlama ilə işləyir;


- maşın birdən gücünü itirir;


- mühərrik dayanır və yenidən işə salmaq çətin olur.


Qığılcım şamlarının vəziyyəti xüsusilə əlamətdardır. Əgər onlar qırmızımtıl və ya paslıdırsa, bu, keyfiyyətsiz yanacağın açıq əlamətidir. Bu vəziyyətdə şamlar tez sıradan çıxa bilər.


Yanacaq doldurduqdan sonra avtomobildə mənfiyə doğru dəyişiklik hiss etmisinizsə, təlaşa düşməyin. Avtomobili təhlükəsiz yerdə dayandırın və mühərriki söndürün. Daha irəli getməyə çalışmayın. Mühərrik aşağı keyfiyyətli yanacaqla nə qədər uzun müddət işləyirsə, siz inyeksiya sistemlərinə və mühərrikin özünə bir o qədər çox ziyan vurursunuz.


Ən yaxşı seçim avtomobili xidmət mərkəzinə və ya evə daşımaqdır. Yanacaq çənini "yumaq" və ya benzini boşaltmaq üçün öz cəhdiniz adətən daha böyük problemlərlə başa çatır.


Keyfiyyətsiz yanacağın əlamətlərinə məhəl qoymamaq bahalı təmirə aparan birbaşa yoldur. Yüngül vəziyyətdə, yalnız şamları dəyişdirməlisiniz. Ən pis halda, mühərrikin əsaslı təmirə və ya tam dəyişdirilməsinə ehtiyac ola bilər. Bu da həm artıq xərc və stress tələb edir (Lent.az).