Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət  | Şəkil və video-görüntü olmadan protokol tərtib edilməməlidir? - AÇIQLAMA  | Taksiyə bu halda ödəniş etməyə bilərsiniz  | Bu təkərlər daha dözümlü olur - Ekspert rəyi  | Bentley Flying Spur V8 - TANIŞLIQ  | Ford CEO'su: Hyundai və Toyota ilə bacarmadıq  | Avtomobillər haqqında maraqlı 16 fakt  | C.Herbert: Şumaxerin qaranlıq tərəfləri var idi  | On inək bir avtomobili yanacaqla təmin edə bilər  | Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul (FOTO)  | Avtomobilin sürətini artırdıqca sürücüləri hansı risklər gözləyir? - STATİSTİKA  | Sürücülərin diqqətinə: Maşının açarının yanına bu əşyaların taxılması məsləhət deyil  | İkinci əl Çin avtomobili alanların nəzərinə  | Avtomobildə bu düymə sizi yavaş-yavaş zəhərləyir – TANINMIŞ HƏKİMDƏN XƏBƏRDARLIQ!  | Bəzi avtomobillərin kilometrajı geri çəkilir: Aldanmamaq üçün nə etmək olar? (VİDEO)  | Britaniyalı mütəxəssislərdən yenilik: Yanacaq sərfiyyatını bu üsulla azalda bilərsiniz – ARAŞDIRMA - FOTO  | Boş parklanma yerlərini necə tapa bilərik? - “AzParking”dən - VİDEO  | 70 yaşı var, “Yol əhvalatı”na da çəkilib - FOTO  | “Toyota” loqosunun nə mənaya gəldiyini bilirsinizmi? (FOTO)  | Maşınımızda xüsusi diqqət yetirməli olduğumuz yeddi səs  |
avtomedia.az » Xəbərlər » Taksiyə bu halda ödəniş etməyə bilərsiniz

Taksiyə bu halda ödəniş etməyə bilərsiniz

Taksiyə bu halda ödəniş etməyə bilərsiniz
Xəbərlər / Əsas
09:30, 05-01

Bakıda taksi xidmətləri ilə bağlı şikayətlər artır. Yalnız sərnişinlər deyil, sürücülər də narazılıq edirlər. Onlar bildirirlər ki, bir sifarişdə bir neçə ünvan qeyd edilir və bu, həm vaxt itkisi, həm də az gəlir deməkdir. Hətta bəzi hallarda sürücülər yalnız birinci ünvana qədər aparır, çatanda sifarişi yekunlaşdırırlar. Haqlı olaraq, bu da vətəndaşın etirazına gətirib çıxarır.


Sürücü sərnişini təyinat nöqtəsinə çatdırmadan sifarişi dayandıra bilərmi? Bu halda ödəniş edilməlidirmi?


Avtomedia.az xəbər verir ki, mövzu ilə bağlı "globalinfo.az”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, sürücülər taksi şirkətlərinin şərtlərini əvvəlcədən qəbul edirlər:


"Sürücü sifarişi yarımçıq yerinə yetirirsə, sərnişin ünvana çatdırılmadığı üçün ödəniş etməyə bilər. Bu, vətəndaşın hüququdur. Ümumiyyətlə, taksi sürücüsünün sifarişi şəxsi istəyi ilə və əsaslandırılmadan ləğv etməsi qayda pozuntusudur. Məsələ sərnişinin xeyrinə həll olunmalıdır”.


Ekspert bildirib ki, tərəflər hüquq və vəzifələrini bilməlidirlər:


"Təəssüf ki, sərnişinlərin çoxu bundan xəbərsizdirlər. Eyni zamanda, sürücülərin də öhdəlikləri və hüquqları var. Vətəndaş sifariş verdikdən sonra etik qaydalara əməl etməli, sifarişdən imtina edərkən və ya nəqliyyata əyləşdikdə sürücüyə qarşı hörmətli davranmalıdır. Əksər hallarda sürücü günahkar hesab edilsə də, bəzi araşdırmalar sərnişinin də qaydaları pozduğunu göstərir”.