Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət  | Şəkil və video-görüntü olmadan protokol tərtib edilməməlidir? - AÇIQLAMA  | Taksiyə bu halda ödəniş etməyə bilərsiniz  | Bu təkərlər daha dözümlü olur - Ekspert rəyi  | Bentley Flying Spur V8 - TANIŞLIQ  | Ford CEO'su: Hyundai və Toyota ilə bacarmadıq  | Avtomobillər haqqında maraqlı 16 fakt  | C.Herbert: Şumaxerin qaranlıq tərəfləri var idi  | On inək bir avtomobili yanacaqla təmin edə bilər  | Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul (FOTO)  | Avtomobilin sürətini artırdıqca sürücüləri hansı risklər gözləyir? - STATİSTİKA  | Sürücülərin diqqətinə: Maşının açarının yanına bu əşyaların taxılması məsləhət deyil  | İkinci əl Çin avtomobili alanların nəzərinə  | Avtomobildə bu düymə sizi yavaş-yavaş zəhərləyir – TANINMIŞ HƏKİMDƏN XƏBƏRDARLIQ!  | Bəzi avtomobillərin kilometrajı geri çəkilir: Aldanmamaq üçün nə etmək olar? (VİDEO)  | Britaniyalı mütəxəssislərdən yenilik: Yanacaq sərfiyyatını bu üsulla azalda bilərsiniz – ARAŞDIRMA - FOTO  | Boş parklanma yerlərini necə tapa bilərik? - “AzParking”dən - VİDEO  | 70 yaşı var, “Yol əhvalatı”na da çəkilib - FOTO  | “Toyota” loqosunun nə mənaya gəldiyini bilirsinizmi? (FOTO)  | Maşınımızda xüsusi diqqət yetirməli olduğumuz yeddi səs  |
avtomedia.az » Xəbərlər » Şəkil və video-görüntü olmadan protokol tərtib edilməməlidir? - AÇIQLAMA

Şəkil və video-görüntü olmadan protokol tərtib edilməməlidir? - AÇIQLAMA

Şəkil və video-görüntü olmadan protokol tərtib edilməməlidir? - AÇIQLAMA
Xəbərlər / Əsas
10:00, 05-01

Bəzi hallarda yol polisi əməkdaşlarının video-görüntü və ya şəkil olmadan protokol tərtib etməsi sürücülər tərəfindən narazılığa səbəb olur. Belə ki, bu nüans bəzən sürücü və DYP əməkdaşları arasında münaqişə səbəbinə belə çevrilir. 


Bəs video-görüntü və yaxud şəkil olmadan protokolun tərtib edilməsi qanunidirmi?


Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans-a açıqlamasında bu problemlə bağlı danışıb.


“Yol hərəkəti” haqqında qanunun tələblərinə görə, bəzi xətalar var ki, onlar xüsusi texniki vasitələrlə - radar və kameralarla qeydə alınmalıdır və protokol da ona əsasən tərtib olunmalıdır. Lakin elə xətalar var ki, bunu yol polisi vizual şəkildə də aşkar edərək cərimə yaza bilər. Məsələn, yol polisinin dayandığı yerdə sürücü qoşa xəttin tələbini pozur, piyadaya yol vermir, qırmızı işıqda hərəkət edir, təhlükəsizlik kəmərini taxmayıb və yaxud da mobil telefonla danışır. Bunları yol polisi görürsə, aşkarlayıb cərimə yaza bilər. Bəzi sürücülər var ki, onlar məhz insident yaratmaq üçün polisdən görüntü tələb edərək səs-küy salmağa və özlərini haqlı çıxarmağa çalışırlar. Lakin hər cərimə görüntü ilə tətbiq olunmaq məcburiyyətində deyil”.


Ekspert qeyd edib ki, bu cür mübahisəli məsələlərdə qanunun tələbinə uyğun olaraq əsasən vətəndaşın xeyrinə qərar çıxarılsa da, vətəndaş nəzərə almalıdır ki, bu qaydalara əməl etmək onun öz təhlükəsizliyi üçün önəmlidir.


“Belə münaqişəli halların araşdırılmasın mən də iştirak etmişəm. Bəzi vətəndaşlar cərimədən boyun qaçırmaq məqsədilə polisə qarşı ağlasığmaz hərəkətlər edir, şərt atır. Onlar düşünürlər ki, qaydalara əməl etmirəmsə, öz həyatımı təhlükəyə atıram və buna heç kim qarışa bilməz. Lakin bu belə deyil, sürücü bilməlidir ki, hər əməl edilməyən qayda təkcə onun deyil, avtomobildə olan digər şəxslərin, həmçinin digər yol hərəkəti iştirakçılarının da həyatını təhlükəyə atır”.