Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət  | Şəkil və video-görüntü olmadan protokol tərtib edilməməlidir? - AÇIQLAMA  | Taksiyə bu halda ödəniş etməyə bilərsiniz  | Bu təkərlər daha dözümlü olur - Ekspert rəyi  | Bentley Flying Spur V8 - TANIŞLIQ  | Ford CEO'su: Hyundai və Toyota ilə bacarmadıq  | Avtomobillər haqqında maraqlı 16 fakt  | C.Herbert: Şumaxerin qaranlıq tərəfləri var idi  | On inək bir avtomobili yanacaqla təmin edə bilər  | Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul (FOTO)  | Avtomobilin sürətini artırdıqca sürücüləri hansı risklər gözləyir? - STATİSTİKA  | Sürücülərin diqqətinə: Maşının açarının yanına bu əşyaların taxılması məsləhət deyil  | İkinci əl Çin avtomobili alanların nəzərinə  | Avtomobildə bu düymə sizi yavaş-yavaş zəhərləyir – TANINMIŞ HƏKİMDƏN XƏBƏRDARLIQ!  | Bəzi avtomobillərin kilometrajı geri çəkilir: Aldanmamaq üçün nə etmək olar? (VİDEO)  | Britaniyalı mütəxəssislərdən yenilik: Yanacaq sərfiyyatını bu üsulla azalda bilərsiniz – ARAŞDIRMA - FOTO  | Boş parklanma yerlərini necə tapa bilərik? - “AzParking”dən - VİDEO  | 70 yaşı var, “Yol əhvalatı”na da çəkilib - FOTO  | “Toyota” loqosunun nə mənaya gəldiyini bilirsinizmi? (FOTO)  | Maşınımızda xüsusi diqqət yetirməli olduğumuz yeddi səs  |
avtomedia.az » Xəbərlər » Sürücülərin diqqətinə: Maşının açarının yanına bu əşyaların taxılması məsləhət deyil

Sürücülərin diqqətinə: Maşının açarının yanına bu əşyaların taxılması məsləhət deyil

Sürücülərin diqqətinə: Maşının açarının yanına bu əşyaların taxılması məsləhət deyil
Xəbərlər / Əsas
10:30, 22-12

Türkiyədə aparılan araşdırmalar göstərir ki, milyonlarla avtomobil sahibi bilmədən alışdırma açarına əlavə etdiyi çoxlu sayda açar və aksesuar səbəbindən avtomobilin mexaniki və elektrik sistemlərində ciddi problemlərlə üzləşiblər

Mütəxəssislər bildirirlər ki, avtomobil hərəkətdə olarkən titrəmələr nəticəsində alışma silindrinin içərisindəki həssas hissələr əlavə ağırlıq səbəbilə zamanla aşınır. Bu da alışdırma mexanizminin sıradan çıxmasına, mühərrikin işə düşməsində çətinliklərə, hətta açarın tam kilidlənməsinə səbəb ola bilər.

Bundan əlavə, artıq yük səbəbindən elektrik dövrəsində yaranan nasazlıqlar avtomobilin kompüter sistemi ilə əlaqənin pozulmasına gətirib çıxara bilər ki, bu da sürücülük təhlükəsizliyinə mənfi təsir edir.


Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, alışdırma açarını mümkün qədər yüngülləşdirərək, yalnız avtomobilə aid əsas açardan istifadə etsinlər. Digər metal bəzək əşyaların və açarların çıxarılması alışma sisteminin ömrünü uzadır və gələcəkdə bahalı təmir işlərinin qarşısını alır.