LIVE
Sovet adamlarının təfəkkürünü dəyişən avtomobil - VAZ-2101 - FOTO İsti havada avtomobil salonunu sərinləşdirmək üçün 5 effektiv üsul Hansı dizel avtomobilləri tez-tez xarab olur? - Ən problemli 5 marka Müasir maşınlarda sürücülərin diqqət etməsi vacib olan kilometr HƏDDİ Hansı ölkədə avtomobilin kilometrajı daha çox geri çəkilir? Bakıda qadınlar, yoxsa kişilər daha yaxşı avtomobil sürür? Niyə yarış avtomobillərində təhlükəsizlik yastıqları yoxdur? Avtomobilə keyfiyyətsiz yanacaq tökülübsə, nə etməli? Akkumulyatorun ömrünü qısaldan YAY SƏHVLƏRİ Bu təkərlər daha dözümlü olur - Ekspert rəyi Çin avtomobillərinin ən problemli yerləri açıqlandı Yayda avtomobilinizdə nələri saxlamamalısınız: təhlükəli şeylərin SİYAHISI Avtomobilə qulluq ildə neçə dəfə olmalıdır? “Sürəti artırmaqla əldə edilən vaxt qənaəti risk və xərclərlə müqayisədə çox kiçikdir” – PROFESSOR Maşındakı bu sistemə nəzarət edilməsə, qəza baş evrə bilər - FOTO “Toyota” loqosunun nə mənaya gəldiyini bilirsinizmi? (FOTO) Maşınımızda xüsusi diqqət yetirməli olduğumuz yeddi səs Avtomobillər haqqında maraqlı 16 fakt İkinci əl Çin avtomobili alanların nəzərinə Qızmar istilərin təkərlərə təsiri: Sürücülərin etdiyi kritik səhvlər
avtomedia.az » Xəbərlər » Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və skuter sürücülərinə çağırış edib - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və skuter sürücülərinə çağırış edib - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və skuter sürücülərinə çağırış edib - FOTO
Xəbərlər
13:33, 08-07

Son illərdə ölkəmizdə çatdırılma xidmətlərinə tələbatın artması ilə əlaqədar olaraq, küçə və prospektlərdə moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edən sürücülərin sayı da əhəmiyyətli dərəcədə artıb.


Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edən sürücülərə müraciətində qeyd olunub.


Bildirilib ki, bu nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşanlar da az deyil. Nəticədə isə həm sürücülərin özləri, həm də digər yol hərəkət iştirakçıları ciddi təhlükə ilə üzləşirlər.


BDYPİ bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı vacib məsələləri bir daha xatırladır:


- Moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti iştirakçısı olduqlarını yaddan çıxarmamalı, digər avtonəqliyyat vasitələrinin sürücüləri kimi bütün qaydalara qeyd-şərtsiz əməl etməlidirlər. İşıqforun qadağanedici işığında hərəkət etmək, yolun əks istiqamətinə çıxmaq, piyadalara təhlükə yaratmaq yolverilməzdir.


- Motoşlem, dizlik, dirsəklik kimi qoruyucu vasitələrdən istifadə edilməlidir. Gecə saatlarında və məhdudiyyətli görünmə şəraitində üzərində işiqqaytarıcı elementlər olan geyimlərdən istifadə olunması tövsiyə edilir.


- Sürət həddinə əməl edilməli və manevr qaydalarına riayət olunmalıdır. Unutmayın ki, hər hansı sifarişi tez çatdırmaq üçün riskli manevrlər etmək, sürət həddini aşmaq sizin və digərlərinin həyatını üçün ciddi təhlükədir.


- Mobil telefon və ya digər bu tipli vasitələrdən istifadə hərəkət zamanı diqqəti yayındıran əsas səbəblərindəndir. Sürücü nəqliyyat vasitəsini idarə edərkən yalnız yola diqqət yetirilməlidir.


- Kuryer xidmətləri təşkil edən bütün hüquqi və fiziki şəxslər əməkdaşlığa cəlb etdikləri sürücüləri yol hərəkəti qaydaları ilə bağlı mütəmadi maarifləndirilməli, onların yalnız etibarlı və texniki cəhətdən saz nəqliyyat vasitələri ilə fəaliyyət göstərmələrini təmin edilməlidirlər.


- Təhlükəsizlik standartlarına cavab verən qoruyucu vasitələrlə təminat vacib şərtlərdən biri olmalı və kuryerlərə münasibətdə sürətli çatdırılma deyil, təhlükəsiz hərəkət prinsipi əsas tutulmalıdır.