LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Xəbərlər » Bəzi avtomobillərin kilometrajı geri çəkilir: Aldanmamaq üçün nə etmək olar? (VİDEO)

Bəzi avtomobillərin kilometrajı geri çəkilir: Aldanmamaq üçün nə etmək olar? (VİDEO)

Bəzi avtomobillərin kilometrajı geri çəkilir: Aldanmamaq üçün nə etmək olar? (VİDEO)
Xəbərlər / Əsas
11:00, 20-12

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.


Avtomedia.az Xəzər TV-yə istinadla xəbər verir ki, avtomobil ustası Vüsal Mehdiyevin sözlərinə görə, yürüşün çox olması maşının çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə edir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər yürüşü saxta yolla geri çəkməyə və maşının qiymətini qaldırmağa çalışırlar.


Ustanın sözlərinə görə, bu problemi öncədən bilmək və ortaya çıxarmaq çox çətin məsələdir. Yalnız avtomobil ölkəyə gətirildikdən sonra yaxşı mütəxəssis tərəfindən texniki baxışdan keçdikdən sonra bilmək mümkündür.


Qeyd edək ki, avtomobilin kilometrajını geri çəkən şəxslər istehlakçıları aldatma maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilərlər. İstehlakçının aldadılması 40-500 manat arası olduqda, həmin şəxs və yaxud şəxslərə 3 min manatdan 5 min manatadək cərimə və ictimai işlərə cəlb olunma, 500 manatdan artıq olduqda isə 5-7 min manatadək cərimə və ya 6 aylıq azadlıqdan məhrum etmə cəzası verilə bilər.