LIVE
Sovet adamlarının təfəkkürünü dəyişən avtomobil - VAZ-2101 - FOTO İsti havada avtomobil salonunu sərinləşdirmək üçün 5 effektiv üsul Hansı dizel avtomobilləri tez-tez xarab olur? - Ən problemli 5 marka Müasir maşınlarda sürücülərin diqqət etməsi vacib olan kilometr HƏDDİ Hansı ölkədə avtomobilin kilometrajı daha çox geri çəkilir? Bakıda qadınlar, yoxsa kişilər daha yaxşı avtomobil sürür? Niyə yarış avtomobillərində təhlükəsizlik yastıqları yoxdur? Avtomobilə keyfiyyətsiz yanacaq tökülübsə, nə etməli? Akkumulyatorun ömrünü qısaldan YAY SƏHVLƏRİ Bu təkərlər daha dözümlü olur - Ekspert rəyi Çin avtomobillərinin ən problemli yerləri açıqlandı Yayda avtomobilinizdə nələri saxlamamalısınız: təhlükəli şeylərin SİYAHISI Avtomobilə qulluq ildə neçə dəfə olmalıdır? “Sürəti artırmaqla əldə edilən vaxt qənaəti risk və xərclərlə müqayisədə çox kiçikdir” – PROFESSOR Maşındakı bu sistemə nəzarət edilməsə, qəza baş evrə bilər - FOTO “Toyota” loqosunun nə mənaya gəldiyini bilirsinizmi? (FOTO) Maşınımızda xüsusi diqqət yetirməli olduğumuz yeddi səs Avtomobillər haqqında maraqlı 16 fakt İkinci əl Çin avtomobili alanların nəzərinə Qızmar istilərin təkərlərə təsiri: Sürücülərin etdiyi kritik səhvlər
avtomedia.az » Xəbərlər » Britaniyalı mütəxəssislərdən yenilik: Yanacaq sərfiyyatını bu üsulla azalda bilərsiniz – ARAŞDIRMA - FOTO

Britaniyalı mütəxəssislərdən yenilik: Yanacaq sərfiyyatını bu üsulla azalda bilərsiniz – ARAŞDIRMA - FOTO

Britaniyalı mütəxəssislərdən yenilik: Yanacaq sərfiyyatını bu üsulla azalda bilərsiniz – ARAŞDIRMA - FOTO
Xəbərlər / Əsas
09:30, 09-05

Benzin və dizel qiymətlərinin durmadan artdığı bir vaxtda sürücülərin diqqətinə maraqlı, lakin effektiv bir tövsiyə təqdim edilib. Böyük Britaniyada fəaliyyət göstərən avtomobil platforması “ChooseMyCar.com”un ekspertləri yanacaq sərfiyyatını azaltmaq üçün sürpriz metodla çıxış ediblər: avtomobilin sərnişin oturacağına içi su ilə dolu bir qab qoymaq.


Bu üsul sürücünün qəfil sürətlənmə və ya kəskin əyləc vərdişlərini azaltmaqla yanacağa qənaət etməyə imkan yaradır. 


Mütəxəssislər bildirirlər ki, sərnişin oturacağına açıq su qabı qoymaq lazımsız sürətlənmə və qəfil əyləc hallarının qarşısını almaq üçün çox sadə, amma təsirli üsuldur:

“Bu, aqressiv sürücülüyə qarşı bir növ xəbərdarlıq sistemidir. Su daşırsa, demək ki, siz yanacağı da israf edirsiniz".


Tövsiyə olunan üsula görə, kiçik bir qabın içini təxminən 2-3 santimetr su ilə doldurub avtomobilin sərnişin oturacağına yerləşdirmək kifayətdir. Əgər sürücü qəfil hərəkət edərsə, suyun daşması onun davranışını tənzimləməsinə səbəb ola bilər.


Mütəxəssislər əlavə edirlər ki, sakit və sabit sürüş tərzi yalnız su qabını deyil, yanacaq sərfiyyatını da "yerində saxlamağa" kömək edir.