LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Əsas » Avtomobildə bu düymə sizi yavaş-yavaş zəhərləyir – TANINMIŞ HƏKİMDƏN XƏBƏRDARLIQ!

Avtomobildə bu düymə sizi yavaş-yavaş zəhərləyir – TANINMIŞ HƏKİMDƏN XƏBƏRDARLIQ!

Avtomobildə bu düymə sizi yavaş-yavaş zəhərləyir – TANINMIŞ HƏKİMDƏN XƏBƏRDARLIQ!
Əsas / Xəbərlər
10:00, 10-05

Tanınmış amerikalı həkim Kley Mossun sosial şəbəkədə paylaşdığı video avtomobil istifadəçiləri arasında ciddi rezonans doğurub. 


Avtomedia.az "yenisabah"a istinadən xəbər verir ki, doktor Moss 7 milyona yaxın baxış toplayan videoda sürücülərin tez-tez istifadə etdiyi bir kondisioner düyməsinin təhlükəli nəticələr doğura biləcəyini bildirib. “Siz bilirsinizmi ki, avtomobilinizdəki bu balaca düymə əslində düşündüyünüz qədər günahsız deyil?” – deyə Moss idarə panelindəki resirkulyasiya (salon sirkulyasiya) düyməsinə işarə edərək izah edib. Onun sözlərinə görə, bu funksiya avtomobili isti havada sürətlə soyutmaq baxımından faydalı görünə bilər, lakin uzun müddətli istifadəsi sağlamlıq üçün təhlükə yaradır. 


Mütəxəssisin açıqlamasına əsasən, bu rejim avtomobil salonuna xarici havanın daxil olmasının qarşısını alır və nəticədə avtomobilin içindəki hava “səssizcə zəhərlənməyə” başlayır. Moss bildirir ki, cəmi 30 dəqiqəlik resirkulyasiya zamanı karbon qazının miqdarı 1200 ppm-ə qədər yüksələ bilər:


“Bu zaman beyniniz yavaş işləməyə başlayır. Əgər maşında sərnişin sayı çoxdursa, bu göstərici 2500-3000 PPM-ə çata bilər. Nəticədə yuxululuq, diqqət dağınıqlığı və əsəbilik yaranır.”


Kley Moss əlavə edib ki, bu təhlükəli vəziyyət 2018-ci ildə ABŞ-da aparılmış sürücülük şəraitinə dair araşdırmalarla da təsdiqlənib.


Avtomobildə kondisionerdən istifadə zamanı resirkulyasiya funksiyasını yalnız qısa müddətli istifadə etmək və salonun havasını tez-tez dəyişmək lazımdır.