LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Xəbərlər » “Sürəti artırmaqla əldə edilən vaxt qənaəti risk və xərclərlə müqayisədə çox kiçikdir” – PROFESSOR

“Sürəti artırmaqla əldə edilən vaxt qənaəti risk və xərclərlə müqayisədə çox kiçikdir” – PROFESSOR

“Sürəti artırmaqla əldə edilən vaxt qənaəti risk və xərclərlə müqayisədə çox kiçikdir” – PROFESSOR
Xəbərlər / Əsas
11:04, 27-07

Sadə bir riyazi düstur sürət həddinin aşılması zamanı sürücülərin düşündüyü “vaxt qazancı”nın əslində nə qədər mənasız olduğunu ortaya qoyur. 


Magistral yollarda sürətin 150 kilometr-saatadək artırılmasının müzakirə edildiyi Çexiyada riyaziyyat professoru Stanislav Ştefan sadə hesablamalarla göstərib ki, sürəti artırmaqla əldə edilən vaxt qənaəti risk və xərclərlə müqayisədə çox kiçikdir.


Onun hesablamasına görə, 100 kilometrlik məsafəni 130 kilometr-saatla qət etmək təxminən 46 dəqiqə vaxt aparır. Sürəti 140 kilometr-saatadək qaldırdıqda bu yol cəmi 43 dəqiqəyə tamamlanır və qazanc yalnız 3 dəqiqə təşkil edir. Əgər sürət 150 kilometr-saat olarsa, məsafəni qət etmək üçün 40 dəqiqə kifayət edir ki, bu da normal sürətlə müqayisədə sadəcə 6 dəqiqə qənaət deməkdir.


Mütəxəssislər bildirirlər ki, bir neçə dəqiqəlik bu cür qənaətin əvəzində sürücülər həm ciddi stress və yorğunluğa, həm də daha böyük qəza riskinə məruz qalırlar. Çünki yüksək sürətlə idarə olunan avtomobilin sürücüsü beyninə daha çox informasiya yükləyir və səhv ehtimalı xeyli artır. Üstəlik, sürət həddinin aşılmasına görə tətbiq edilən cərimələr və yanacaq sərfiyyatının çoxalması da məsələni maliyyə baxımından mənasız edir.


Mütəxəssislərin yekun qənaəti ondan ibarətdir ki, yolda qazanılan bir neçə dəqiqə heç vaxt sürücünün həyatını riskə atmağa dəyməz.