LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Xəbərlər » Nissan Sentra sedanının doqquzuncu nəsli debüt edib

Nissan Sentra sedanının doqquzuncu nəsli debüt edib

Nissan Sentra sedanının doqquzuncu nəsli debüt edib
Xəbərlər / Əsas
17:33, 27-09

oyota Corolla modelinin əsas rəqibi olan Nissan Sentra sedanı yapon markasının ABŞ-da ən çox satılan minik avtomobilidir (yalnız Rogue krossoveri daha yaxşı satılır). Keçən il Sentra ABŞ-da 153 min alıcı tapıb, 40 ildən çox istehsal müddəti ərzində isə, satılmış sedanları sayı 6,5 milyonu keçib. İndi isə, okeanın o tayında Nissan Sentra sedanının doqquzuncu nəsli debüt edib.


Sedan sələfindən daha dinamik və aqressiv görünür, lakin onun ölçüləri demək olar ki, dəyişməyib. Sentra modelinin uzunluğu cəmi 10 millimetr (4656 millimetr), hündürlüyü isə, 5 millimetr (1450 millimetr) artıb.


Modelin eni dəyişməyib - 1816 millimetr. Baza modelinin aerodinamik müqavimət əmsalı (Cd) 0,299-dan 0,268-ə endirilib. Eksteryer əsas xüsusiyyəti V-şəkilli radiator barmaqlığıdır, onun xətləri firma işıqlandırmasına keçir. Əvvəlki kimi, 16, 17 və ya 18 düymlük təkər diskləri təklif olunur.




İnteryer müasir üslubda tərtibata malikdir. Ön paneldə iki ekranı (hər biri 12,3 düym) və günəşliyi olmayan vahid blok var. İqlimə nəzarət sisteminin ayrı bloku saxlanılıb, lakin artıq sensorludur. Fiziki düymələrin sayı azalıb, lakin transmissiyanın selektoru ənənəvidir.


Salonun ölçülər demək olar ki, dəyişməyib. Seçimlərə elektrik lyuk, fərdiləşdirilə bilən ətraf işıqlandırması (64 rəng), sükan və ön oturacaqların qızdırılması, habelə smartfonların simsiz şarj sistemi daxildir. Baqajın tutumu da dəyişməyib: 405 litr (amerikan SAE metodikasına görə).


Texniki baxımından da heç bir sürpriz yoxdur. Sedan 151 at qüvvəsi və 210 Nm hasil edən eyni 2,0-litrlik MR20DD atmosfer mühərriki ilə təchiz edilib. Start-stop sistemi standart təchizata daxildir. Daha rəvan sürətlənməni təmin etmək üçün, mühərrik yenidən sazlanmış Xtronic variatoru ilə birləşdirilib.


Platforma da dəyişməyib: ön tərəfində McPherson dayaqları, arxada çoxqollu asma var, lakin yeni amortizatorlar kələ-kötürləri daha yaxşı emal etməlidir. Əsas dəyişiklik əyləc sistemindədir: əvvəllər kiçik versiyalarda quraşdırılan barabanlı arxa əyləclərdən imtina edilib. Artıq bütün təkərlərdə disk əyləcləri quraşdırılıır. Kuzovun sərtliyi də 6% artırılıb.



Sedan dörd təchizat səviyyəsində əlçatandır: S, SV, SR və SL. Bol qara dekoru və arxa spoyleri, 18 düymlük təkər diskləri və qara damı olan SR versiyası da mövcuddur. Oxşar idman dekorundan interyerdə də istifadə olunur. Şimaliamerikan bazarı üçün nəzərdə tutulmuş Nissan Sentra sedanları əvvəlki kimi Meksikada istehsal olunacaqlar. Yeni modelin satışlarının cari ilin sonuna qədər başlanması gözlənilir. Təqaüdə göndərilən hazırki sedanın qiyməti ABŞ-da 21,590 dollardan başlayır.




(autograph.az)