LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Xəbərlər » Elm və Təhsil Nazirliyi məktəbli avtobusu layihəsində böyük səhvlərə yol verib - Ekspert

Elm və Təhsil Nazirliyi məktəbli avtobusu layihəsində böyük səhvlərə yol verib - Ekspert

Elm və Təhsil Nazirliyi məktəbli avtobusu layihəsində böyük səhvlərə yol verib - Ekspert
Xəbərlər
15:26, 08-10

Şagirdlərə ayrılan məktəb avtobuslarının qiymətləri ilə bağlı narazılıqlar davam edir. Valideynlər hesab edirlər ki, qiymətlər əlçatan deyil və ödəniş mexanizmi tam şəffaf deyil.


Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu məsələdə Elm və Təhsil Nazirliyi çox böyük səhvlərə yol verib, məsələlərin detallarını tam müəyyənləşdirməyib və aydınlaşdırmayıb:


"Sadəcə, nəyinsə qarşılığında işi bir şirkətə həvalə ediblər. İş demək olar ki, yarımçıqdır.

Vətəndaşlar narazıdır, qiymət məsələsi əlçatan deyil. Ölkədə bu işi bilən, maraqlanan kifayət qədər ekspertlər və mütəxəssislər var. Təəssüf ki, Elm və Təhsil Nazirliyi yalnız özünü ağılla hesab edib, heç kimlə məsləhətləşməyib və qərar qəbul edib ki, "bu qiymət uyğundur”.


Ekspert bildirib ki, vətəndaşlar məntiqli hesablamalar aparır və qiymətin uyğun olmadığını deyirlər:


"Valideynlər düşünürlər ki, "həmin avtobuslara verilən pulun qiymətinə taksi tutar yaxud da uşaqlarını ictimai nəqliyyatla aparar”. Həvəslə bu avtobusları gözləyən valideynlər, artıq ona mənasız layihə kimi baxır.


O deyib ki, vətəndaşlar bu qiymətlərdən razı deyil:


"Qiymət məsələsi əsasən dövlətin məsuliyyətindədir. Lakin problem vətəndaşın üzərinə yüklənir. Dövlət burada subsidiya və güzəştlərlə vəziyyəti tənzimləyə bilərdi ki, vətəndaş inciməsin, qalan məbləği dövlət ödəsin. Əsas məqsəd məktəblərin ətrafındakı sıxlığı azaltmaqdır, amma əksinə, bütün məsuliyyət valideynin boynuna qoyulur”.


E.Muradlı qeyd edib ki, hər məktəbdə təlim-təhsil keyfiyyəti fərqlidir:


"Bütün məktəblərdə təlim-təhsil eyni olmur. Bu səbəbdən valideynlər daha yaxşı məktəb axtarır və məsafələr uzanır. Bu, uşaqların çox erkən oyanmasına, əlavə çətinliklərə səbəb olur. Düşünün körpə uşaq məktəbə getmək üçün saat 6-dan oyanmalıdır ki, 7-də avtobusa çatsın. Onsuz da çantaların ağırlığı da uşaqlar üçün təhlükəlidir və beyinlərini yorur”.(Azxeber.com)