Əli Əhədov: Avtomobil bazarı bərbad haldadı
Xəbərlər
Tanınmış avtomobil jurnalisti və “Düzgün hərəkət” layihəsinin aparıcısı Elgün Xıdırovun YouTube platformasında yayımlanan verilişinin qonağı “I Motors” şirkətinin rəhbəri Əli Əhədov olub. Aparıcının “Avtomobil bazarı hazırda nə vəziyyətdədir?” sualına cavab olaraq o, bazarın bərbad vəziyyətdə olduğunu bildirib. Əli Əhədov qeyd edib ki, hazırda avtomobil sektorunda çalışan, kənardan gələn və ya hər hansı bir investor tapıb gələn hər kəs bu bazardadır. Bu səbəbdəndə bazarın vəziyyəti çox pisdir.