LIVE
Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi Maşındakı bu detalda xilasetmə funksiyası da var - ARAŞDIRMA Siçanlar da maşın sürə bilirlər - FOTO BYD və "Tesla": Batareyaların fərqi nədədir? Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 7 effektiv yolu Hidrogenlə işləyən avtomobillər niyə yox dərəcəsindədir? Şəhərlər üzrə hər 10 kilometrə düşən orta səyahət vaxtı – SİYAHI Azərbaycanda yeni avtomobil erası başlayır Formula 1: Sürətin arxasındakı strategiya və saniyələrin mübarizəsi - ARAŞDIRMA Avtomobili saxlayarkən sükan niyə titrəyir və nə etmək lazımdır? (FOTO) Yanacaq nasosunun ömrünü uzatmağın sirləri Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? “Ölüxana”ların iqtisadi səmərəsi Sosial şəbəkələrdə "Bakustyle" dalğası İlk 5 000 km üçün bir çox sürücünün əhəmiyyət vermədiyi VACİB QAYDALAR Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət yetirmək lazımdır? Avtomobilin salonundan tüstü iyi gəlir? – SƏBƏB Vasif Əliyev BYD-nin satış üzrə region direktoru təyin olundu Maşında bu sistem işlək olmasa, qəza riskləri artır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ Avtomobili köhnə şinlərlə sürməyin təhlükələri
avtomedia.az » Əsas » "Caspian Motor-Show" “Sea Breeze”də keçiriləcək

"Caspian Motor-Show" “Sea Breeze”də keçiriləcək

"Caspian Motor-Show"  “Sea Breeze”də keçiriləcək
Əsas / Xəbərlər
12:30, 12-06

26-28 iyun 2026-ci il tarixində növbəti “Caspian Motor-Show” avtomobil sərgisi baş tutacaq.

Azərbaycan Avtomobill Dilerləri Assosiasiyasının (AADA) bu avtoşounu Azərbaycan Avtomobil Federasiyasının təşkilati dəstəyi ilə həyata keçirir. 

“Caspian Motor-Show” unikal sərgidir. 2003-cü ildən başlayaraq, tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə, istirahət məkanlarında baş tutur. 

“Caspian Motor-Show” 2023-cü ildə "Sea Breeze"də, 2025 ci ildə isə Dəniz kənarı Milli park ərazisində keçirilib. Adətən AADA-nın təşkil etdiyi avtoşoularda yalnız rəsmi avtomobil idxalçıları, rəsmi distribütor və diler şirkətləri  iştirak edir. Sərgi günlərində bir çox yeni modellərin rəsmi premyerası baş tutacaq.

Sərgidə eləcə də avtomobil ehtiyat hissələri, aksesuarlar, avtokosmetika, moto-velo texnika, avtomobil klubları, tüninq studiyaları və s. nümayiş etdiriləcək.

Qeyd edək ki, avtoşounun ziyarətçiləri arasında ənənəvi olaraq, müxtəlif müsabiqələr təşkil olunur, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılır. Bir sözlə “Caspian Motor-Show” hər zaman olduğu kimi əsl avtomobil bayramına çevriləcək.